İspaniyada axtarışda olan 39 yaşlı şəxsin cəsədi dinozavr heykəlinin içində taplıb.

Metbuat.az xəbər verir ki, may ayının 22-dən bağlı olan teatrdakı dinozavr heykəlinin içindən cəsədin çıxması polisi hərəkətə keçirib.Ehtimal edilir ki, 39 yaşlı şəxsin telefonu heykəlin içinə düşüb. Ardınca o heykəlin üst hissəsindən içəri daxil olaraq mobil telefonunu götürməyə cəhd göstərib. Ardınca heykəlin ayaq hissəsindən çıxmağa cəhd göstərib. Lakin bacarmayıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.