Şri-Lankanın paytaxtı Kolombo sahillərində kimyəvi maddələr daşıyan gəmi batmaq üzrədir.

Metbuat.az xəbər verir ki, yerli dairələr gəmidəki kimyəvi maddələrin ekoloji fəlakətə səbəb ola biləcəyindən narahatdır. Sahildən 18 kilometr məsafədə baş verən hadisənin fəsadlarını aradan qaldırmaq üçün çox sayda əməkdaş cəlb edilib.

Qeyd edək ki, gəmidə may ayının 20-də başlayan yanğın bir neçə gün davam edib.