Bu rayonumuzda taxıl sahələri yanır

Ağsuda taxıl sahələrində yanğın başlayıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Musabəyli və Qəşəd kəndlərində qeydə alınıb.

Belə ki, rayonun Musabəyli kəndində təqribən yeddi hektar ərazidə biçilməmiş taxıl sahəsində yanğın baş verib. Hadisə yerinə Kürdəmir və Ağsu Rayon Dövlət yanğından Mühafizə İdarələrinin 5 yanğın söndürən maşınları və canlı qüvvələri cəlb olunub. Musabəyli kəndində hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Qəşəd kəndində isə yanğın yerli sakinlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR