Bakıdan əhali ən çox bu rayonlara gedir

Bakı Beynəlxalq Avtovağzal Kompleksində rayonlararası avtobuslar tam olaraq əvvəlki qaydada xətlərə buraxılıb.

Metbuat.az xəbər veriir ki, bunu Trend-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

N.Allahyarova bildirib ki, xəttə iritutumlu avtobuslar buraxılıb. Onun sözlərinə görə, hazırda Bakıdan regionlara çıxış daha çoxdur: “Xüsusilə Bakıdan Gəncə, Şəki, Qax, Zaqatala, Lənkəran, Quba istiqamətində sərnişin axını daha çoxdur”.

N.Allahyarova bildirib ki, avtobusların sayı tələbata uyğun tənzimlənir: “Alınan biletlərin sayına uyğun avtobuslar xəttə buraxılır. Əgər tələbat artsa, daha çox avtobusun buraxılması təmin ediləcək”.

O əlavə edib ki, həm sürücülərin, həm də sərnişinlərin avtobuslarda tibbi maskadan istifadə etməsi məcburidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR