Bu gün “Son zəng”dir

Bu gün Azərbaycanda ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçiriləcək.

Metbuat.az xəbər verir ki, “Son zəng” tədbiri karantin qaydalarına uyğun şəkildə 1 saat müddətində baş tuta biləcək.

Belə ki, “Son zəng” tədbirləri yalnız açıq havada keçiriləcək. Burada müəyyən say məhdudiyyətləri tətbiq olunacaq. Kiçiksaylı məktəblərdə bir dəfə, nisbətən böyüksaylı məktəblərdə - yüzdən artıq məzunu olan məktəblərdə, bir neçə hissədən ibarət “Son zəng” tədbiri keçiriləcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)