Emin Əmrullayev Vətən müharibəsində atəşə məruz qalan məktəbdə -

Təhsil naziri Emin Əmrullayev Goranboy rayonu Tapqaraqoyunlu kənd tam orta məktəbində keçirilən son zəngdə iştirak edib.

Metbuat.az xəbər verir ki, bu barədə nazir özünün "Facebook" hesabında məlumat verib:

"Bu gün “Son zəng”-i Goranboy rayonu Tapqaraqoyunlu kənd tam orta məktəbində qarşılayırıq. 1993-cü ildən Azərbaycanın Milli Qəhrəmanı, məktəbin məzunu, şəhid Niyazi Aslanovun adını daşıyan məktəb hər iki Qarabağ müharibəsi zamanı daim atəşə məruz qalıb. Neçə-neçə uğurlu vətəndaşlar yetişdirən məktəbdən bu gün 21 şagirdimiz məzun olur, “Son zəng”i Qələbə sevinci ilə yola salırlar"- deyə nazir qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)