Məzunları ən az və ən çox olan rayonların

Təhsil Nazirliyi 2020-2021-ci tədris ilində məzunları ən az və ən çox olan rayonların adlarını açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, nazirlikdən məlumat verilib. Məlumata görə, 2021-ci ildə ən az məzun Naftalan şəhərində olub. Belə ki, Naftalan orta məktəblərinin bu il 71 nəfər məzunu üçün “Son zəng” çalınıb. Məzun sayına görə ölkə üzrə ilk sırada isə Bakı şəhərinin Sabunçu rayonu qərarlaşıb. Bu il Sabunçuda 3062 nəfər şagird orta məktəblə vidalaşıb.

Xatırladaq ki, pandemiya şərtlərinin yumşaldılması fonunda bu il orta məktəblərdə “Son zəng” məhdud iştirakçı ilə ənənəvi qaydada keçirilib. Məzunların “Son zəng” tədbiri bu gün – iyunun 14 idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)