Ərdoğan Şuşaya gedir -

Xəbər verdiyimiz kimi, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına rəsmi səfərdədir.

Metbuat.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı Şuşada rəsmi törənlə qarşılayacaq.

Qeyd edək ki, Ərdoğanı səfərdə xanımı Əminə Ərdoğanla yanaşı, milli müdafiə naziri Hulusi Akar, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun, Prezidentin sözçüsü İbrahim Kalın, hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik, Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Osman Aşkın Bak müşayiət edirlər.

Səfər çərçivəsində Azərbaycan və Türkiyə rəsmilərinin ikitərəfli görüşləri keçiriləcək. Görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə ediləcək.

Türkiyə Prezidenti Azərbaycan Milli Məclisində çıxış edəcək. İki ölkənin dövlət başçıları Türkiyənin futbol üzrə millisinin iyunun 16-da futbol üzrə Avropa çempionatında Bakıda Uelslə seçmə qrup oyununu birlikdə izləyəcəklər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR