Bayden Putinlə GÖRÜŞ barədə:

ABŞ Prezidenti Coi Bayden, İsveçrənin Cenevrə şəhərində Rusiya Prezidenti Vladimir Putinlə üz-üzə görüşdükdən sonra mətbuat konfransı təşkil edib.

Metbuat.az xəbər verir ki, konfransdan sonra kürsüdən ayrılmaq istəyən Baydeni CNN-nin müxbirinin sualı çox əsəbləşdirib. "Siz Putinə çox mülayim davrandınız. Onun dəyişə biləcəyinə necə inanırsınız?" sualına Bayden sərt reaksiya verib.

"Davranışlarını dəyişdirəcək şey, onlara reaksiya göstərmək və ya dünyadakı əhəmiyyətlərini azaltmaqdır" deyən Bayden, müxbirə " Putinin dəyişəcəyinə zəmanət vermirəm. Bu çox axmaq sualdır" deyib. Bu zaman müxbir Putinin bundan əvvəl də, dəyişmədiyini və Baydenin bu şəraitdə görüşü necə konstruktiv hesab etdiyini soruşan müxbirə "Sən bu sualının nə demək olduğunu başa düşmürsənsə yalnış peşədəsən" deyib. ABŞ prezidenti daha sonra təyyarəsinə minmədən əvvəl baş verənlərə görə üzr istəyib. "Son sualı verən şəxsə üzr borcluyam. Son cavabımda bu qədər ağıllı olmamalıydım" Bayden belə deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR