Rusiya narahatdır: "Türkiyə qüvvələrini geri çəkməlidir"

“Kabil beynəlxalq hava limanının təhlükəsizliyinin Türkiyəyə həvalə olunması ABŞ və Taliban arasında əldə olunan razılaşmaya ziddir”.

Metbuat.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova belə açıqlama verib. O bildirib:

“Hər hansı başqa ölkə kimi Türkiyənin də Əfqanıstanda hərbi birliklərini saxlaması ABŞ və Taliban arasında Dohada imzalanan razılaşmaya hüquq baxımdan uyğun deyil. Bu sənəd xarici qüvvələrin may ayının 1-nə qədər tamamilə geri çəkilməsini əhatə edir. Bu müddət 11 sentyabr 2021-ci ilə qədər təxirə salındı. Əsas sual budur ki, niyə Kabil beynəlxalq hava limanının təhlükəsizliyi Əfqanıstan qüvvələrinə həvalə edilmir? Axı 20 ildə Əfqanıstan qüvvələrinin təlim və təchizatına milyardlarla dollar xərclənib.

Qeyd edək ki, ABŞ və Türkiyə arasında Kabil hava limanının təhlükəsizliyinin Ankaraya həvalə olunması ilə bağlı danışıqlar gedir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR