Ankara və Moskva razılığa gəldi:

Berlində keçirilən Liviya üzrə toplantıda Türkiyə və Rusiya arasında razılıq əldə edilib.

Metbuat.az xəbər verir ki, belə iddia ilə Röyters agentliyi çıxış edib. İddialara görə, tərəflər xarici qüvvələrin Liviyadan çəkilməsi və ölkədə sabitliyin bərpası üçün görüləcək addımlar barədə təqvim formalaşdırıblar. Bildirilir ki, təqvimə görə, bu ilin sonuna qədər tərəflər Liviyada qəti addımlar atmalıdır.

Bildirilir ki, Liviya Xarici İşlər naziri Nacla Manquş Berlin zirvəsindən sonra verdiyi “Bir neçə gün ərzində tərəflərin Liviyadan çıxacağına ümid edirəm” açıqlaması ilə tərəflərin razılıq əldə etdiyinə işarə edib.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR