Çin 2030-cu ilə qədər ilk dəfə astronavtları Ayın səthinə göndərməyi planlaşdırır.
Metbuat.az xəbər verir ki, bu barədə Çin mediasına istinadən məlumat yayıb.
Planlaşdırılan missiyada üç astronavt iştirak edəcək. Onlardan ikisi Ayın səthinə enərək elmi tədqiqatlar aparacaq, üçüncü ekipaj üzvü isə orbitdə qalacaq.
Missiya çərçivəsində iki raketdən istifadə olunacaq. “Çançjen-10” raketi əvvəlcə eniş modulunu, ikinci raket isə astronavtların olduğu kosmik gəmini Ay orbitinə çatdıracaq.
Kosmik aparatların orbitdə birləşməsindən sonra iki astronavt Ayın səthinə enəcək. Tədqiqatları başa vurduqdan sonra onlar yenidən orbitə qalxaraq digər ekipaj üzvü ilə birləşəcək və birlikdə Yerə qayıdacaqlar.