Anomal istilər nə vaxtadək davam edəcək? -

“İyunun 28-i günün ikinci yarısında cənub-şərq küləyi şimal küləyi ilə əvəz olunacaq. Axşam saatlarında küləyin sürəti bir qədər artacaq”.

Metbuat.az xəbər verir ki, bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, iyunun 29-da bu günə nisbətən havanın temperaturu təxminən 4-5 dərəcə aşağı enəcək: “İyunun 29-30-da havanın temperaturu iqlim norması daxilində olacaq. İyulun ilk günlərində anomal istilər gözlənilmir. Havanın temperaturu 30-34 dərəcə intervalında dəyişəcək”. (APA)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR