AVRO-2020: Çexiya millisinin Budapeştə səfəri

AVRO-2020-nin 1/8 final mərhələsində Niderlandla qarşılaşacaq Çexiya millisi problemlə üzləşib.

Metbuat.az-ın məlumatına görə, komanda matçın keçiriləcəyi Budapeştə yollana bilməyib.

Buna səbəb təyyarənin rezin pilləkəninin səhvən şişirdilməsi olub. Bu da çexiyalıların səfərlərinin bir müddətlik təxirə salınmasına səbəb olub.

Qeyd edək ki, sabah keçiriləcək Niderland – Çexiya görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. (APA)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR