Braziliyanın Tokantins ştatında səyyar satıcının halı pisləşdiyinə görə öldüyü güman edilib.
Metbuat.az xəbər verir ki, 71 yaşlı Raimundo da Silva motosikllə işə çıxarkən qəflətən halı pisləşib və yerə yıxılıb. Hadisə yerinə gələn həkimlər onun öldüyü güman edərək “cəsəd”i ailəsinə təhvil vermək və dəfn etmək üçün torbaya yerləşdiriblər.
Lakin bir müddət sonra polis əməkdaşları torbanın tərpəndiyini müşahidə ediblər. Ardınca həmin şəxs tibb işçiləri tərəfindən xəstəxanaya yerləşdirilib. Onun həyatda olduğu bildirilir.