"Qəbələ" klubu qapıçı transfer etdi

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Metbuat.az xəbər verir ki, qapıçı Nicat Mehbalıyev növbəti mövsümdə “qırmızı-qaralar”ın formasını geyinəcək.

“Sabah”ın qolkiperi 1 illik icarəyə götürülüb.

21 yaşlı futbolçu “Sabah”a qədər “Bakı”, “Qarabağ” və “Sumqayıt”ın yeniyetmə komandalarında da çıxış edib. O, Azərbaycanın U-21 yığmasının üzvüdür.

Xatırladaq ki, “Qəbələ” Nicata qədər Urfan Abbasov və Məqsəd İsayevi heyətinə qatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR