Belçikada yaşayan türk ailə tətil etmək üçün Türkiyədə 5 ulduzlu oteldə sifariş verib.
Metbuat.az xəbər verir ki, əvvəlcədən ödəniş edən ailə üzvləri Türkiyəyə gələndə şok yaşayıb. Otelə daxil olandan sonra sifariş etdikləri otağa yerləşmək istəyən ailə üzvlərinə sifarişləri olmadıqları bildirilib. Həmin otağın isə başqa cütlük tərəfindən məşğul edildiyi deyilib. Araşdırmalardan sonra məlum olub ki, sifariş verilən internet səhifəsi saxta olub və həmin səhifənin otellə heç bir əlaqəsi yoxdur.
Aldadılmış türk ailə məsələni anlayandan sonra otel rəhbərliyindən onlara yer ayırmasını xahiş edib. Otel rəhbərliyi də bu xahişi nəzərə alıb.