Moskvadan ELAN ETDİLƏR: Danışıqlar nəticə versə

“Taliban Əfqanıstan hökuməti ilə danışıqlar aparır”.

Metbuat.az xəbər verir ki, hazırda Moskvada olan Taliban nümayəndələri belə açıqlama verib.Taliban heyətində təmsil olunan nümayəndələr bildiriblər ki,onlar Kabil adminstrasiyası ilə sülh danışıqları aparırlar:

“Kabildəki hökumətlə atəşkəsə dair danışıqlar aparırıq. Dohadakı danışıqlar nəticə verərsə hücumları dayandırarıq.Əfqanıstandakı hakimiyyəti tamamilə ələ keçirmək niyyətində deyilik. Vaşinqtona Əfqanıstandakı əyalətlərin paytaxtlarına hücum etməyəcəyimizə dair söz verməmişik”.

Qeyd edək ki, NATO-nun Əfqanıstandan çəkilməsindən sonra Taliban hücumlarını artırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR