Nazir prorektoru vəzifəsindən azad etdi -

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru vəzifəsindən azad olunub.

Metbuat.az Manşet.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl Təhsil naziri Emin Əmrullayevin əmri ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin elm və yaradıcıllıq işləri üzrə prorektoru Məryəm Əlizadə vəzifəsindən azad olunub. Onun yerinə Əməkdar mədəniyyət işçisi Sədaqət Əliyeva təyin olunub.

Qeyd edək ki, Sədaqət Əliyeva bundan əvvəl də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri kimi çalışıb. Kulturologiya üzrə fəlsəfə doktorudur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)