Avstraliyada həkimlərin səhvi nəticəsində körpə dünyaya gələndən bir saat sonra dünyasını dəyişib.
Metbuat.az xəbər verir ki, hadisə bir müddət əvvəl baş versə də, detallar indi üzə çıxıb. Bildirilir ki, həkimlər yeni dünyaya gələn uşağa oksigen vermək əvəzinə səhvən oksidləşmiş azot qazı qoşublar. Nəticədə o dünyasını dəyişib.
Məlum olub ki, qeyri ənənəvi yolla dünyaya gələn uşaq nəfəs almadığına görə həkimlər ona oksigen vermək istəyiblər. Lakin diqqətsizlik körpənin ölümünə səbəb olub.