Hacıqabulda 49 yaşlı qadın intihar etdi

Hacıqabulda intihar hadisəsi qeydə alınıb.

Metbuat.az APA-ya istinadən rayonun Bürvənd kənd sakini, 1972-ci il təvəllüdlü Abbasova Şölə Abbas qızı özünü yaşadığı həyətin çardağından asaraq intihar edib. Onun asılmış vəziyyətdə meyiti yaxınları tərəfindən aşkar edilib.

Qeyd edilir ki, qadın ağır patalogiyalı dəri xəstəliyindən əziyyət çəkib.

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR