​Aygün Ağamalı: Fərqli düşünüb, yenilik axtarışında olmaq

İlk olaraq interyer dizayner kimi fəaliyyətə başlayan Aygün Ağamalı, bu sahənin sirlərinə yiyələnəndən sonra öz işində fərqli və yeni ideyalarını tətbiq edərək möhtəşəm əsərlər yaradır.

Onun təbirincə desək, bir insanın tanınması üçün təkcə özünün deyil, həmçinin çevrəsinin də onu kəşf etməsi olduqca vacibdir. Həqiqətən də bacarığının ətrafdakılar tərəfindən görünməsi və dəyərləndirilməsi işə tələbatı daha da artırır.


Aygün Ağamalının interyer dizayn sahəsində olan özünəməxsus zövqü dəb sektorunda da öz sözünü dedi. Moda sahəsində imzasını layiqincə tanıdan dəb dizayneri, yaratdığı geyim kolleksiyalarında hər bir qadının individuallığını, qrasiyasını və möhtəşəmliyini vurğulamağa çalışır. Şübhəsiz ki, bu imzanın tanınmasında və nüfuz qazanmasının arxasında böyük əziyyət, yuxusuz gecələr, milyonlarla eskiz və kəsilmiş material parçaları var...

Bu illər ərzində Aygün Ağamalı yaratdığı kolleksiyaların nümayişini İstanbul, Moskva və Avropanın böyük şəhərlərində keçirib. Onun hazırladığı kolleksiyalar hər zaman öz möhtəşəmliyi ilə fərqlənir və məşhur simaların seçimi olur.

Bu yaxınlarda isə uğurlu fəaliyyətinə və gördüyü işlərə görə, "Reputation Inc." şirkətinin təşkilatçılığı ilə Four Seasons Baku otelində baş tutan beynəlxalq "Golden Palm Awards" layihəsində mükafata layiq görülüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR