Rus Dram Teatrı mayın ilk yarısı üçün repertuarını açıqladı

M.F. Axundzadə adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı may ayının ilk yarısı üçün repertuarını açıqlayıb.

Metbuat.az repertuarı təqdim edir:

3 may – “Yeddi gözəl”

Tamaşanın premyerası 2012-ci il dekabrın 7-də olub və dahi Azərbaycan şairi və mütəfəkkiri Nizaminin 870 illiyi, 2013-cü ildə UNESCO tərəfindən elan olunan “Nizami ili” ərəfəsində keçirilib. Quruluşçu rejissor Yonas Vaytkusdur (Litva).

Nizami Gncəvinin poeması üzərindən konseptual baxış sülh və həqiqətin dərk edilməsi üzrə fəlsəfi mövzuları açır. Şah Bəhram memara yeddi möhtəşəm bina - cariyələrinin hər biri üçün bir ev tikməyi əmr edir. Bəhram hər gün onlardan birinə baş çəkir və hər biri ona müəyyən əhvali-ruhiyyə və rəngə uyğun gələn öz əhvalatını danışır. Bu, müəyyən mistik yol ilə bağlıdır ki, insan ruhu zülmətdən saflığa keçməlidir və Bəhram bu yolu keçərək məğlubiyyətin, xəyanətin, müsibətin acısını yaşayaraq layiqli və ədalətli hökmdar olur.

Azərbaycan dramaturqu Elçinin pyesi əsasında hazırlanan tamaşanın premyerası 2016-cı il mayın 20-də olub. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti İranə Tağızadədir.

Azərbaycan teatr sənəti tarixinə adı qızıl hərflərlə yazılan aktyor Ərəblinskinin faciəli və sirli taleyi dramaturq və rejissor İranə Tağızadə tərəfindən ətraflı tədqiq olunur. Onun müəmmalı şəraitdə ölümünün səbəblərinin üstü hələ də açılmayıb. Lakin bununla bağlı şayiələr, əfsanələr, variantlar çoxdur.

5 may – “Albalı bağı”

A.P.Çexovun eyniadlı pyesi əsasında səhnələşdirilmiş tamaşanın premyerası 2023-cü il oktyabrın 20-21-də baş tutub. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

Pyes Çexov tərəfindən 190-cü ilin payızında, ölümündən az əvvəl yazılıb. O, yazıçı tərəfindən o dövrün Rusiyasının dönüş mərhələsindəki obrazını əks etdirən komediya kimi düşünülüb, albalı bağı isə keçən zamanın simvolu kimi çıxış edir. Faciə çalarları olan bu komediyada torpaq sahiblərinin diqqətsizliyindən, onların nəyisə və özlərini dəyişmək istəməməsindən, sonda dağılmaya – albalı bağının məhvinə səbəb olmasından bəhs edilir. Ərazinin yeni sahibi Lopaxinin bağa ehtiyacı yoxdur, o, onun gözəlliyini və mənəviyyatını dərk etmir və kommersiya məqsədləri üçün amansızcasına məhv edir. O, XIX əsrin sonlarında Ranevskaya, Qayev və digər zadəgan nümayəndələrini əvəz edən yeni dövrün prototipidir.

Tamaşa Qurban Səidin dünyada məşhur romanı əsasında hazırlanıb. Rejissor İlqar Safatdır.

Dünya tarixi bizim üçün müxtəlif millətlərdən, dinlərdən, kastalardan, siniflərdən olan oğlan və qız arasındakı sevgi haqqında mifləri, əfsanələri və hekayələri qoruyub saxlayıb. Onlarda sevgi haqqını qazanmaq cəhdi həmişə sevgililərin faciəli sonu ilə başa çatıb. Aristokrat Şirvanşirlər nəslindən olan azərbaycanlı Əlinin və bu yaxınlarda zadəgan titulu almış Kipiani ailəsindən olan gürcü Ninonun hekayəsi bir çox dünya versiyalarından əhəmiyyətli dərəcədə fərqlənir. Bir-birini tanımaq yolunda sevgililər çox maneələri, o cümlədən mədəniyyətlər arasında fərqi dəf etməli olurlar. Ancaq hisslər ağıldan daha güclüdür. Onların sevgisinin aşa bilməyəcəyi heç bir maneə yoxdur.

Romanın hekayəsi 1911-1918-ci illərdə Bakıda baş verən real hadisələrə əsaslanır.

11 may - Kişi, qadın, pəncərə... məşuq”

Rey Kuninin pyesi əsasında hazırlanan tamaşanın premyerası Azərbaycanın Xalq artisti İranə Tağızadənin quruluşunda 2018-ci il mayın 4 və 5-də təşkil olunub.

Tamaşa çox qəribə vəziyyətlər kaleydoskopuna çevrilir ki, buraya pyesin bütün qəhrəmanları düşür. Hər şey isə ondan başlayır ki, mötəbər centlmen, Britaniya parlamentinin üzvü ser Uilli “Vestminster” beşulduzlu otelində otaq götürür. 13 nömrəli otağın pəncərələri Biq-Benə açılır. Məhz bütün gərginlik “nəhs rəqəm” ucbatından başlayır.

12 may - “Yuxularımdan çıx”

İkipərdəli melodrama Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı əsasında səhnələşdirilib və ədibin 80 illik yubileyinə həsr olunub. Onun premyerası 2018-ci il iyunun 30-da olub. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovskidir.

Zaur və Təhminənin ehtiraslı eşq macərasından bəhs edən tamaşada mühafizəkar cəmiyyətdə belə sevgilərin xoşbəxt sonluqla bitmədiyi vurğulanır. Zaurun ailəsi intriqalar və öyüd-nəsihət yolu ilə onu fikrindən daşındırmağa çalışır və qonşunun Firəngiz adlı qızı ilə evləndirir. Amma o, vəfatından əvvəl vida məktubu yazan Təhminəyə olan hissələrini unuda bilmir, sevdiyi qadının obrazı yuxularından çıxmır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı