Ofeliya Sənanin vəziyyəti pisləşdi

Xalq artisti Ofeliya Sənani xəstəxanaya yerləşdirilib.

Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, ötən gecə teleaparıcının səhhəti pisləşib. Təcili yardım çağrılıb və o, xəstəxanaya aparılıb.

O.Sənaninin nəvəsi açıqlamasında nənəsinin hazırda xəstəxanada olduğunu, müalicə aldığını bildirib.

83 yaşlı aparıcının ağ ciyərində problem yaranıb.

Qeyd edək ki, O.Sənani bir müddət əvvəl də xəstəxanaya yerləşdirilmişdi. O, saytımıza açıqlamasında infarkt keçirtdiyini demişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı