PSJ Messinin gəlişinə hazırlaşır:

Fransanın "Pari Sen-Jermen" (PSJ) futbol klubu "Barselona"dan ayrılan Lionel Messinin təqdimat mərasimi üçün Eyfel qülləsini icarəyə götürüb.

Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, məlumatda avqustun 10-da PSJ Eyfel qülləsində Lionel Messini təqdim ediləcəyi qeyd edilir.

Xatırladaq ki, 34 yaşlı futbolçu 2003-cü ildən "Barselona"da çıxış edib. Messi bu günədək 10 dəfə İspaniya çempionu olub, 8 dəfə isə Super Kuboku, 7 dəfə ölkə kubokunu qazanıb. Dörd dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu 3 dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.

Messi ötən mövsüm İspaniya La Liqasında 35 matçda 30 qol vurub.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR