"Qarabağ" "Ayaks"a məğlub oldu - Avropa Liqası

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda "Ayaks"a (Niderland) məğlub olub.

Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Təmsilçimiz şotlandiyalı baş hakim Nikolas Uolş idarə etdiyi qarşılaşmaya uğursuz başlayıb. 15-ci dəqiqədə Julio Romao birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Hesabı isə 36-cı dəqidədə fərqənən Kennet Teylor açıb. Amsterdam təmsilçisi 74-cü dəqiqədə Vaut Veqhorstun penalti zərbəsini dəqiq yerinə yetirməsindən sonra fərqi iki topra çatdırıb. Görüşdə yekun hesabı isə 77-ci dəqiqədə adını tabloya yazdıran Çuba Akpom təyin edib.

2 dəqiqə sonra isə Ağdam klubunun heyətində Elvin Cəfərquliyev ikinci sarı vərəqənin ardından qırmızı vərəqə alıb. Bununla da “Qarabağ” oyunu 9 nəfərlə tamamayıb.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiy kollektiv Avropa Liqasındakı növbəti oyununu noyabrın 7-də Norveç təmsilçisi “Bodo Qlimt”ə qarşı keçirəcək.

***

22:28

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda Ağdam təmsilçisinin daha bir futbolçusu qırmızı vərəqə ilə cəzalandırılıb.

Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda Elvin Cəfərquliyev 79-cu dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə görüb.

Daha əvvəl 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə almışdı.

***

22:25

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda üçüncü qol vurulub.

Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar fərqi bir qədər də artırıblar - 3:0.

77-ci dəqiqədə Çuba Akpom dəqiq zərbə müəllifi olub.

"Qarabağ" meydanda azlıqda mübarizə aparır. 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alıb.

***

22:20

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci qol vurulub.

Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar üstünlüyünü iki topa çatdırıb - 2:0.

74-cü dəqiqədə Vaut Veqhorst penalti zərbəsini dəqiq yerinə yetirib.

"Qarabağ" meydanda azlıqda mübarizə aparır. 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alıb.

***

21:51

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci hissə başlayıb.

Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar 1:0 hesabı ilə öndədirlər.

"Qarabağ" meydanda azlıqda mübarizə aparır. 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alıb.

***

21:35

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ilk hissə başa çatıb.

Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar 1:0 hesabı ilə öndədirlər.

"Qarabağ" meydanda azlıqda mübarizə aparır. 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alıb.

***

21:22

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda hesab açılıb.

Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı maçtda 36-cı dəqiqədə Kennet Teylor qonaqları hesbada irəli çıxarıb - 1:0.

"Qarabağ" meydanda azlıqda mübarizə aparır. 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alıb.

***

21:25

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda hesab açılıb.

Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı maçtda 36-cı dəqiqədə Kennet Teylor qonaqları hesbada irəli çıxarıb 1:0.

"Qarabağ" meydanda azlıqda mübarizə aparır. 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alıb.

***

21:01

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda Ağdam təmsilçisinin futbolçusu birbaşa qırmızı vərəqə alıb.

Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşün 15-ci dəqiqəsində Julio Romao kobud oyuna görə meydandan qovulub.

Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edir.

***

20:47

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyunu start götürüb.

Metbuat.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR