Dünyada baş verən yanğınlarla bağlı

Bildiyimiz kimi, hazırda dünyanın bir çox bölgələrində yanğınlar davam edir.

Metbuat.az xəbər verir ki, Amerika Birləşmiş Ştatları tarixlərində baş verən ən böyük ikinci yanğının şahidi olur. Belə ki, Kaliforniyada başlayan yanğınlar hələ də söndürülməyib. Hadisə nəticəsində 8 nəfər itkin düşüb.

ABŞ Milli İdarələrarası Yanğın Mərkəzi bu ilin başlanğıcından bu yana ölkədəki 37 mindən çox yanğının 3 milyon hektar ərazini kül etdiyini açıqlayıb.

Peruda da 5 avqust tarixindən başlayan yanğınlar 1000 hektar ərazini kül edib.

Fotoğraf: AFP

İtalyada da yanğınlar fəsadsız ötüşməyib. Belə ki, 30 milyon bal arısı yox olub,

Fotoğraf: AP

Braziliyada da son 5 ilin ən şiddətli yanğınları baş verir. Məlumata görə, Amazon meşələri çox böyül təhlükə altındadır. Yanğınların sentyabr ayında daha da şiddətlənəcəyi gözlənilir.

Rusiyaya gəldikdə isə küləklər yanğınların daha sürətli yayılmasına şərait yaradır. Hazırda Rusiyanın Yakutiya Muxtar Respublikasında 100- ə yaxın aktiv yanğınlar var. Fotoğraf: AP

Və sonda Türkiyədə də yanğınlar davam edir. Türkiyə kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmirlinin verdiyi son açıqlamaya görə, hazırda ölkədə 5 yerdə yanğınlar davam edir. 12 gündür davam edən 240 meşə yanğınından 235 -i nəzarətə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR