Xankəndidə ermənilər çətin vəziyyətdə:

Azərbaycanın Xankəndi şəhərində yaşayan ermənilər su problemi ilə üz-üzə qalıb. Özünü Xankəndinin “meri” adlandıran separatçı David Sarkisyan içməli su çatışmazlığının mövcud olması ilə əlaqədar bəzi məhdudiyyətlərə gedildiyini bildirib.

Metbuat.az musavat.com-a istinadən xəbər verir ki, Sarkisyan şəhərdəki bütün avtomobil yuma məntəqələrinə və istirahət zonalarına suyun verilməsinin dayandırıldığını açıqlayıb.

Xankəndi separatçısı bu qadağanın şəhərdə içməli su ilə bağlı problemlərin aradan qaldırılacağı günədək qüvvədə qalacağını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR