x
Loading...
.

Əkin sahəsində tapıldı: Çini qorxudan 3800 yaşındakı gözəl - FOTOLAR

Çinin Şərqi Türküstan əyalətində əkin sahəsində tapılan "Lolan Gözəli" mumiyası əsrlər keçməsinə baxmayaraq gözəlliyi ilə diqqət çəkir.

Metbuat.az xəbər verir ki, Çinin uzun müddət ərzində gizli saxladığı bu mumiya nə ölçüləri, nə də görünüşü baxımdan asiyalılara bənzəmir. Mumiyanı əsas fərqləndirən cəhəti burada çinlilərdən çox əvvəl yaşamış olması və görünüşünün Qafqaz xalqının nümayəndəsinə bənzəməsidir. Bütün bunlar Çinin ərazisində ilk yaşayanların avropalı olduğu nəzəriyyəsini ortaya çıxarır.

3800 illik gözəl Çin hökumətini bu baxımdan narahat edib və heç bir səbəb göstərmədən ABŞ-dakı sərgidə iştirak etməməyə səbəb olub. Bəzi mənbələrdə min illər boyu salamat qalan "Lolan Gözəli"nin Türk şahzadəsi olduğu haqqında məlumatlar var.

Bu mumiyanı Misir və digər mədəniyyətlərin mumiyalarından digər fərqi isə, mumiyalamanın daxili orqanları çıxarmadan aparılmış olması və mumiyanın üzərində əməliyyat izlərinin olmasıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR