Evinə gələn elektrik xəttini düzəltmək istədi -

Avqustun 17-i saat 11 radələrində Ucar rayonu ərazisində bir nəfər şəxsin elektrik dirəyindən yıxılması və almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ucar rayon prokurorluğundan Metbuat.az-a verilən məlumat görə, ilkin araşdırmalarla müəyyən edilib ki, rayon sakini 1954-cü il təvəllüdlü Nəbi Əliyev yaşadığı evə gələn elektrik xəttini düzəltmək istəyərkən ehtiyatsızlıqdan cərəyan vurması nəticəsində dirəkdən yerə yıxılaraq almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR