"Hazırkı tarixə qədər səhiyyə qurumlarına COVID-19-a qarşı peyvənddən sonra əks-göstərişi ilə bağlı müraciət olunmayıb".
Metbuat.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib.
"COVID-19-a qarşı peyvənddən sonra ciddi əks-göstərişli müraciət olmadığından bu istiqamətdə kompensasiyanın verilmə halı qeydə alınmayıb",- o qeyd edib.