Əfqanıstanın paytaxtı Kabildəki beynəlxalq hava limanında baş verən ardıcıl partlayışlar zamanı həlak olan ABŞ hərbçilərinin sayı 13-ə, yaralıların sayı isə 18-ə çatıb.

Metbuat.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden terror hücumlarının İŞİD-in Xorasan qolu tərəfindən törədildiyini bildirib.

O bəyan edib ki, ABŞ ordusu hücuma qarşılıq verəcək. “Özümüz müəyyən etdiyimiz zaman və yerdə bu hücuma qarşılıq verəcəyik” - deyə Bayden qeyd edib.

Qeyd edək ki, terror aktları nəticəsində ümumilikdə 100-ə qədər insan həlak olub. 150-dən çox yaralı var.

Anar Türkeş / Metbuat.az