Müğənni Manaf Ağayev nəvəsinin doğulmasının 40-cı gününü təntənəli şəkildə qeyd edib.
Metbuat.az xəbər verir ki, şəhər restoranlarından birində baş tutan məclisə şou-biznes nümayəndələri qatılıblar. Gecədən görüntülər sosial şəbəkədə yayımlanıb. Tədbirdən videolar paylaşan məşhur simalar Manafın nəvəsi Jasmini təbrik ediblər.
Keçirilən tədbir sosial mediada müzakirəsiz ötüşməyib. İstifadəçilər paylaşılan görüntülərə rəy yazaraq qonaqları və məclis sahibini tənqid ediblər. Şərhlərdə yoluxmaların artdığı aylarda insanların toy keçirməklərinə belə ehtiyatla yanaşdığı qeyd edilib, belə bir vaxtda onların bu şəkildə toplaşması qınanılıb.