Ali məktəblərdə dərslər distant olacaq? -

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov tədris ilinin başlanması ilə əlaqədar yayılan məlumatlarla bağlı media nümayəndələrinə müraciət edib.

Metbuat.az xəbər verir ki, Cəsarət Valehov hazırda universitetlərdə dərslərin hansı qaydada keçirilməsinin müzakirə olunduğunu deyib:

“Yeni tədris ilinin başlanması ilə bağlı vəziyyət təhlil olunur, bu sahədə aparıcı beynəlxalq qurumların tövsiyələri araşdırılır və buna uyğun olaraq fəaliyyət istiqamətləri müəyyən ediləcək. Tədrisin bütün pillələr üzrə hansı tarixdə və formada təşkil ilə bağlı qəbul ediləcək qərarlara dair çox yaxın günlərdə ətraflı məlumat veriləcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)