Bitkoini qanuni olaraq tanıyan dünyanın ilk ölkəsi olan El Salvador, kriptovalyuta almağa başlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə зrezident Nayib Bukele, "Twitter" hesabında yazıb.
"El Salvador ilk 200 bitkoinini aldı. Brokerlərimiz son tarixə qədər daha çox alacaqlar "deyib.
El Salvadora dəstək olaraq "Twitter" və "Reddit" istifadəçiləri bitkoin almağa başlayıblar. "CoinMarketCap"-a görə , 7 Sentyabr Çərşənbə axşamı səhər saatlarında bitkoinin dəyəri bir sikkə üçün 52 min dolları keçib.
El Salvador, bitkoini rəsmi ödəniş vasitəsi olaraq tanıyan dünyada ilk oldu . Ölkə hökuməti 150 milyon dollarlıq bir fond yaradıb. Belə ki, salvadorlular elektron pul qabıları vasitəsi ilə 30 dollarlıq bitkoin ala bilərlər.