Hindistanda quraqlığın hökm sürdüyü Madhya-Pradeş əyalətində “yağış yağdırmaq” üçün qəribə ayin icra edilib.
Metbuat.az xəbər verir ki, ayin zamanı azyaşlı qız uşaqları çılpaq gəzdirilib. Onların çiyinlərinə isə qurbağa bağlanıb. Məlumata görə, əlində dəyənək olan 6 qıza bu formada ayin icra etdirilib. Görüntülər yayılandan sonra məsələyə polis qarışıb. Qızları ayinə məcbur edən aralarında qadınların da olduğu şübhəlilər axtarılır.
