"Whatsapp"dan YENİLİKLƏR:

Dünyanın ən çox istifadə edilən "Whatsapp" sosial şəbəkəsi istifadəçilərinə yeni xidmət təqdim edəcək.

Metbuat.az xəbər verir ki, yeni xidmət səsli ismarıcların mətnə çevrilməsi olacaq. Bundan başqa, səsli mesaj çox uzun olarsa, istifadəçi mətnə çevirmək istədiyi hissəni özü seçə biləcək.

Hazırda bu funksiya üçün sınaqlar başladılıb.

Digər bir yenilik isə "son görülmə" ilə bağlıdır. Şirkət istifadəçilərə bunun üçün 4 fərqli şəkildə istifadə qaydası təqdim edəcək: "Hər kəs", "Əlaqələrim", "Heç kim" və"Kontaktlarım istisna olmaqla" seçimi də istifadəçilər üçün əlçatan olacaq.

Bu xüsusiyyətlərin bütün istifadəçilər üçün nə vaxt aktiv ediləcəyi ilə bağlı hələ dəqiq bir məlumat yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR