Valideynlər bu hallarda övladlarını məktəbə göndərməyə bilərlər -

"Övladını məktəbə göndərmək istəməyən valideynlər iki halda iltizam ərizəsi yazacaqlar".

Metbuat.az-ın məlumatına görəşə, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, birinci hal yoluxma sayının yüksək olduğu zonaya görə olacaq: "Həmin zonada yaşayan valideynlər ərizə yazaraq övladını məktəbə göndərməyə bilər. İkinci halda isə evlərində koronavirus xəstəsi olan, yaxud hər hansı respirator virus infeksiyası olan valideynlər övladını məktəbə göndərməməlidir. Eləcə də xəstəlik barədə məktəb rəhbərliyinə məlumat verməlidir".

Xatırladaq ki, sentyabrın 22-də ümumtəhsil müəssisələrində aşağı sinif şagirdləri, sentyabrın 29-da isə orta və yuxarı sinif, ali və orta ixtisas təhsil müəssisələrində ənənəvi tədris bərpa ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)