Naxçıvanda məktəblər açıldı

Bu gündən Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində ənənəvi dərslərə start verilib.

Metbuat.az xəbər verir ki, bu il üçün məktəblərdə tədris ikinövbəli həyata keçiriləcək. Buna səbəb pandemiya şəraiti ilə əlaqədar şagirdlərin parta arxasında tək oturdulmasıdır.

Qeyd edək ki, bu gün - sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür. Pandemiya şəraiti ilə əlaqədar 2021/2022-ci tədris ilinin başlama tarixi dəyişdirilib. Ölkədə aşağı siniflər üçün dərslər sentyabrın 22-də, ali təhsil və orta ixtisas təhsil müəssisələrində isə sentyabrın 29-da başlayacaq.

Buna baxmayaraq, Bilik Günü ənənəvi qaydada sentybarın 15-də qeyd olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)