Zelenksi müharibə anonsu verdi: Bayraktar PUA-ları havaya qaldırıldı -

Sentyabrın 13-ü və 14-də Ukraynanın Türkiyədən aldığı Bayraktar TB2 PUA-ları Krım sahillərində uçuşlar həyata keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb. Məlumata görə, PUA-lar yarımadanın şimal-qərb istiqamətində - Rusiya sərhədindən 50 kilometr məsafədə uçub. Aparatların məlumat toplayıcı sistemi bağlı olduğundan onların uçuş istiqamətini davamlı izləmək mümkün olmayıb. Lakin Rusiya mediası yazır ki, PUA-ların uçuş xəritəsinə baxanda bu, hücuma hazırlıq uçuşlarıdır.

Bu uçuşların prezident Vladimir Zelenskinin Rusiya ilə müharibə ehtimalının olduğu barədə açıqlama verdiyi ərəfədə olması diqqət çəkib. Qeyd edilir ki, hazırda Ukrayna ordusunda 12 hücum PUA-sı var. Bu isə yaxın aylarda 36-ya yüksələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR