Dünyada bir ilk:

Dünyada sosial media və universitet tarixində bir ilk yaşanıb.

Metbuat.az xəbər verir ki, Kiyev Mədəniyyət və İncəsənət Universitetində "TikTok" adlı fakültə açılıb. Fakültənin açılışını universitetin rekrotu Mixailo Poplavski edib. O, bildirib ki, gələcək sosial şəbəkələrdədir. Gənclər də buna görə daim trenddə olmalı və sosial şəbəkələr vasitəsilə öz gələcəklərini yaratmalıdırlar. Rektor bu fakültənin tələbələri üçün təhsilin pulsuz olduğunu və sonda diplomla təmin ediləcəyini də qeyd edib.

"Özünüzü inkişaf etdirin, öz markanızı yaradın və bu yolda sizə biz kömək edəcəyik", deyə fakültənin dekanı Liliya Mojayeva tələbələrə bildirib.

Qeyd edək ki, qısa videolar çəkərək paylaşılan Çin istehsalı olan bu platromadan ən çox gənclər istifadə edir. Lakin "əyləncəli" videolar çəkmək üçün təhlükəli yollara əl ataraq həlak olanların sayı da az deyil .

Михайло Поплавський відкрив факультет TikTok, – ЗМІ | Українські Новини


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR