"Gəncliyim metroda keçib" -

Müğənni Manaf Ağayev sosial şəbəkədə ünvanına yazılan tənqidlərə cavab verib.

Metbuat.az musavat.com-a istinadən xəbər verir ki, sənətçi onun adından yayılan "Müğənninin metrodan istifadə etməsi doğru deyil. Deməzlər ki, bu nə gündədir metro ilə gedir? Mən özümə o sözü dedizdirmərəm. Metro bizlər üçün deyil" sözlərinə aydınlıq gətirib.

"Məni tanıyan bilir ki, hər zaman yetim-yesirin, kasıbın yanında olmuşam. Kasıba lağ etmərəm. Özüm kasıb olub, yataqxanadan gəlmişəm. İki sevdiyim nəqliyyat var: metro və təyyarə. Gəncliyim metroda keçib. Beş il universitetdə oxumuşam, metro ilə gedib gəlmişəm. Bu gün də qohum-əqrəbam metroya minir. Qardaşım, bacım balaları tələbdir və dərsə metro ilə gedirlər. Guya metroya minəni təhqir etmişəm. Demək, öz nəslimi təhqir etmişəm? Mənimkilər hamıdan çoxdur. Dəliyəm bu yaşımda belə söz deyim?

Dörd il əvvəl Tolikin verilişində dedilər ki, bir müğənni deyir metroya minmərəm. Cavab verdim ki, metro çox gözəldir. Amma nə dərəcədə düzdür ki, tanınmış müğənni gecə geyimində salondan çıxıb, metroya minib tədbirə gedir. Baxan deyəcək 2-3 manatı yoxdur taksiyə minib getsin? Təhqirdir bu?”

Müğənni deyib ki, bu məlumatları yayanın kim olduğunu bilir:

“Bilirəm bunu kim edir. Neçə vaxtdır mənim üstümdə qara piar gedir. Bunun sonu yaxşı olmayacaq. Əsəbim yerində deyil. Bu yaşda gəlib özümü söydürüm? Söyüş söyənin 5-10-nunu tapmışam. Deyir, əmi, qələt elədim. Pərdəarası şirə dönürlər. Normal adam söyüş söyməz. Mən belə söz deməmişəm. Allah onu yazanın bəlasını versin".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR