Tələbələr üçün yeni sistem yaradılıb

"Tələbələr bu tədris ilindən istifadəyə verilən sistem vasitəsilə təhsil haqqını onlayn şəkildə ödəyə bilir".

Metbuat.az xəbər verir ki, bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin baş məsləhətçisi Elçin Abışov bildirib.

Onun sözlərinə görə, tələbələr onlayn şəkildə invoys nömrəsi alırlar: "Burada həm tələbənin təhsil aldığı ali məktəb, həm də təhsil haqqı borcu barədə məlumat var. Onlayn kartda müvafiq invoys nömrəsi ilə bank və “Milliön” vasitəsilə də ödəniş mümkün olur. Əvvəllər tələbələr şəxsiyyət vəsiqələrini təqdim etməklə ödəniş edirdi. Təhsil haqqı borcu müəyyən hissələrə bölünə bilər. Eyni zamanda, bu ildən akademik borc ödənişləri də müvafiq sistem vasitəsilə icra olunacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)