Sabah Azərbaycanda əyani tədris başlayacaq

Sabah orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır.

Metbuat.az-ın xəbərinə görə, V- XI siniflərdə və məktəbdənkənar müəssisələrdə isə sentyabrın 29-dan həftədə beş dəfə olmaqla əyani tədrisə start veriləcək.

Orta ixtisas, peşə təhsili müəssisələri və ali təshil müəssiələrində də sentyabrın 29-dan əyani olaraq tədris başlayacaq. Tədris olunmayan dərs saatları il ərzində tətil günləri hesabına bərpa ediləcək.

Pandemiya səbəbindən tədrisin 1 həftə gec başlamasını nəzərə alaraq, ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab ediləcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)