Vaksinasiyadan keçməyən təhsil işçiləri tədrisə cəlb olunmur

"Hələ də peyvənd olunmayan təhsil işçiləri var. Həmin müəllimlər də təbii ki, tədrisə cəlb olunmur".

Metbuat.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu məsələyə məktəb rəhbərliyi cavabdehdir:

"Tədrisə cəlb olunmaq üçün mütləq şəkildə ya COVID-19 pasportu, ya da əks-göstəriş sertifikatı təqdim olunmalıdır. Əgər bir təhsil müəssisəsinin işçilərinin 80 faizindən çoxu peyvənd olunubsa, həmin müəssisədə tədris prosesinin tənzimlənməsi mümkündür. Bütün bu tələblər təmin olunduğu üçün 310 məktəbin hamısında əyani tədris bərpa olunub".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)