Azərbaycanda pandemiya şəraitində ilk tamaşa nümayiş olundu

XIII Beynəlxalq Musiqi Festivalının dördüncü günü Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası ilə tamamlanıb.

Metbuat.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, pandemiya şəraitində Azərbaycan opera sənətinin nadir incilərindən olan “Leyli və Məcnun” operasının nümayişi musiqisevərlər və teatr həvəskarları üçün əlamətdar hadisə olub.

Belə ki, 1907-ci ildə Üzeyir bəy tərəfindən dahi Füzulinin eyni adlı lirik-faciəsinin süjeti əsasında yaradılmış “Leyli və Məcnun” əsəri ilə Azərbaycan opera sənətində çox əhəmiyyətli yaradıcı təmayüllərdən biri olan muğam operası ənənəsinin əsası qoyulub.

Baş tutan tamamşanın operanın quruluşçu rejissoru Hafiz Quliyev olub. Orkestri isə dirijor, əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Sevil Hacıyeva idarə edib.

“Leyli və Məcnun” operasının əsas partiyalarını Respublika muğam müsabiqəsinin laureatı Rəvanə Əmiraslanlı (Leyli) və əməkdar artist Elnur Zeynalov (Məcnun) ifa etdilər. Tamaşanın digər iştirakçıları əməkdar artist Təyyar Bayramov (Məcnunun atası), Cahangir Qurbanov (Nofəl), Taleh Yəhyayev (Leylinin atası), Aytən Məhərrəmova (Leylinin anası), Nurlan Namazov (İbn Səlam), Nəzər Bəylərov (Zeyd) olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR