x
Loading...
.

Putinin Qarabağdakı generalı geri çağırma SƏBƏBİ BU İMİŞ.. - ŞƏRH

Laçın dəhlizinə nəzarət etmək gec-tez Azərbaycana məxsus olacaq. Müqavilənin başa çatmasına dörd il qalsa da biz o qədər gözləməyəcəyik. Laçın dəhlizinə nəzarətimiz daha erkən olacaqdır”.

Bu açıqlamanı Metbuat.az-a hərbi ekspert Ədalət Verdiyev edib. O qeyd edib ki, Ermənistan tərəfi bütün kommunikasiyaların o cümlədən Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı məsələlərin həlli və nəhayət sülh müqaviləsinin imzalanması üçün addımlar atmalıdır. Bu yaxınlarda sülhməramlıların komandirinin yenidən dəyişdirilməsi məsələsinə toxunan Ədalət Verdiyev qeyd etdi ki, bu öncəki komandir Kosobokovun vəzifəsinin Rusiya üçün qənaətbəxş olmaması ilə əlaqədardır.


“Ümumiyyətlə Rusiya tərəfi Qarabağa təyin edilən yeni komandirləri Azərbaycan tərəfi ilə razılaşdırmalıdır. Çünki Azərbaycanın sülhməramlıların fəaliyyətinə nəzarət etmək imkanlarına malikdir. Qeyd edim ki, bu həftə Tərtər istiqamətində eşidilən partlayış səsləri Rusiya sülhməramlıları tərəfindən Ağdərə istiqamətində olan, ona yaxın erməni döyüş mövqeyinin partladılaraq təmizlənməsinə səbəb oldu. Bundan sonra orada xidmət aparan qanunsuz erməni silahlıları Ağdərə istiqamətində yerlərini dəyişdilər. Həmin istiqamətdə hazırda Rusiya sülhməramlıları tərəfindən blok postlar qurulub. Rusiyanın “Patriot” tipli “UAZ” maşınları həmin ərazidə nəzarət edirlər.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR