Türkiyənin Qazientep vilayətində kişiləri görüş adıyla aldadaraq pullarını alan çox ayda qadın saxlanılıb. Onlar pulları alandan sonra görüşdən imtina edirmişlər.
Metbuat.az xəbər verir ki, şikayətlərdən sonra polis nəzarətinə götürülən qadınların açıqlamaları diqqət çəkib:
“Nə edirik ki, adam aldadırıq da. Gün ərzin də 20 nəfəri aldadırıq. Axmaq çoxdur biz nə edək”.
Polisin məlumatına görə, nəzarətə götürülən qadınlardan 3-ü həbs edilib. Məlumata görə, digər 5 qadın sərbəst buraxılıb. Qadınlar polisin davranışlarına etiraz ediblər.