Ermənilər HƏTTA Bakıda da işləyə bilərlər -

"Qarabağda yaşayan ermənilər, sülh müqaviləsi imzalandıqdan sonra istəsələr gəlib hətta Bakıda da iş tapa bilərlər".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı politoloq professor Qabil Hüseynli bildirib. Onun sözlərinə görə, imzalanmış Bəyannamənin şərtləri yerinə yetiriləcəyi təqdirdə, sülh müqaviləsi çərçivəsində, sərhədlərin delimitasiya və demarkasiyası prosesi yekunlaşdıqdan sonra Qarabağda yaşayan ermənilər elə o ərazilərdə aparılan yenidənqurma işlərində çalışa bilərlər.


"Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Yuxarı Qarabağ iqtisadi rayonu daxilində ermənilər də qardaşlıq və sülh içərisində yaşaya bilərlər. Bizim bütün millətlərə münasibətimiz yaxşıdır. Ermənilər də Azərbaycanın suverenliyini tanıyıb, birgə yaşayışa razı olarlarsa aclıq və səfalətdən xilas olub rahat yaşaya bilərlər. Qeyd edim ki, bu yalnız Azərbaycanın ərazi bütövlüyünü tanıyacaqları təqdirdə bu mümkün ola bilər".

Qeyd edək ki, erməni KİV-lərində tez-tez Azərbaycanla sərhədə yaxınlaşıb iş və kömək istəyən erməni vətəndaşları ilə bağlı xəbərlər yayılmaqdadır.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR