ŞOK MƏNZƏRƏ: Sakinlər ayağa qalxdı - "Tərpənmədən saatlarla suda"... /

İspaniyanın Bilbao şəhərindən axan çaydakı mənzərə yerli sakinlərdə həyəcan yaradıb. Hadisənin detallarından xəbərsiz olanlar dərhal polisə məlumat verib. Kömək etmək üçün hərəkətə keçib. Sən demə, əslində sakinlərin həyəcanlanmasına əsas yox imiş.

Metbuat.az xəbər verir ki, yerli dairələrin icazəsi əsasında sakinlərdən xəbərsiz çaya heykəl yerləşdirib. Bu heykəl isə gənc qızın suda boğulması təəssüratını yaradıb. Bildirilir ki, bu sakinləri qorxutmaq üçün atılan addım deyil. Heykəlin suya yerləşdirilməsi layihənin bir hissəsidir.

Yerli dairələr əslində bu addımla heykəlin incəsənətin dəyərini izah etməyə çalışır: “Addımınızla bizi suyun dibinə batıra bildiyiniz kimi yuxarıya da çəkəbilərsiniz”. Əvvəlcə bu addım etirazla qarşılansa da, detallar üzə çıxandan sonra sakinlər anlyış göstərib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR